Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qeyd olunan protokol 2016-cı il iyunun 3-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakı şəhərində imzalanıb. **
R.Babayev