Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dövlət çevrilişi cəhdəri ilə bağlı təhlükənin aradan qaldırılması məqsədilə ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib. Bu barədə BBC telekanalı məlumat verib.
R.T.Ərdoğan Türkiyə hökumətinin üzvləri ilə görüşdən sonra jurnalistlərə bu qərar barədə məlumat verib. O, demokratiya institutlarının ziyan görməyəcəyinə dair söz verib. “Söhbət demokratiyadan gedəndə, biz heç zaman güzəştə getməmişik. Və heç zaman getməyəcəyik”, - deyə o vurğulayıb. **