Türkiyənin iki sərhəd gəmisinin Yunanıstana keçməsi cəhdi olmayıb. Bu barədə çərşənbə günü Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Xəbər verildiyi kimi, Egey dənizində Yunanıstan tərəfinə keçməyə çalışan Türkiyə sahil mühafizəsi gəmilərinin aşkar olunmasına dair məlumat daxil olandan sonra Türkiyə HHQ-yə məxsus F-16 qırıcıları havaya qalxıb.
Şənbə günü Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra göyərtsində 8 türk hərbçinin olduğu hərbi helikopter Yunanıstanda eniş edib və yerli hakimiyyətdən siaysi sığınacaq istəyib. Yunanıstan helikopteri artıq Türkiyəyə qaytarıb, hərbi qulluqçular barəsində isə beynəlxalq hüquqa əsasən prosedurlara başlanıb.
Bundan başqa, məlumat verilib ki, bir neçə hərbi gəmi qiyamçıların nəzarəti altında olub. **