Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 20-nə olan 1,5662 manat/$1 səviyyəsinə qarşı 1,5693 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1979% ucuzlaşıb.
AMB iyulun 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 20-də qeydə alınmış 1,7252 manat/1EUR səviyyəsinə qarşı 1,7314 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3594% ucuzlaşıb.
İyulun 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 20-nə olan 0,0247 manat/1RUR səviyyəsinə qarşı 0,0246 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4048% möhkəmlənib.
Mərkəzi Bank iyulun 21-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini iyulun 20-nə olan 0,515 manat/1YTL-ə qarşı 0,5093 manat/1YTL səviyyəsində müəyyən edib. Bununla da manat lirəyə qarşı 1,1068% bahalaşıb.*
A.Əzizov