Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bır sıra şəhərlərin baş planının hazırlanması üçün podratçı seçimi üzrə tender elan edib.
Tender elanına əsasən, Biləsuvar, Quba və Tovuzun baş planının hazırlanması planlaşdırılır.
Hər bir şəhər üzrə tenderdə iştirak haqqı 150 manatdır.
Bu şəhərlərin baş planının hazırlanması üzrə işlər dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdiriləcək.
Tender təklifləri 2016-cı il avqustun 31-dək qəbul edilir. Tender proseduru sentyabrın 1-də baş tutacaq.*
R.Babayev