Prezident İlham Əliyevin Azərbaycanda Konstitusiya dəyişikliklərlə əlaqədar referendumun keçirilməsi təklifi ilə bağlı Azərbaycan mətbuatı üçün cari il aktual olacaq. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov belə hesab edir.
“Azərbaycan prezidenti Konstitusiya dəyişikliklərin daxil edilməsi ilə əlaqədar referendumun keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Bu səbəbdən, cari il jurnalistlər üçün çox aktual olacaq”, - deyə S.Novruzov cümə axşamı Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərin mükafatlandırılması mərasimində qeyd edib.
Onun sözlərinə görə, ölkədə keçirilən seçkilər və referendumun işıqlandırılmasında mətbuata böyük rol ayrılır.
Xəbər verildiyi kimi, prezident İ.Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər birinci vitse-prezident və vitse-prezidentlər postlarının təsis olunmasını nəzərdə tutur.
Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyətlərinin müddətinin 7 ildək artırılması təklif olunur (hazırda 5 ildir). **
R.Babayev