ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqların aktivləşməsi problemin tezliklə öz həllini tapacağına ümid verir. Bu fikri Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov səsləndirib.
«Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlarda müşahidə edilən aktivləşmə məsələnin tezliklə nizamlanacağına əsas verir", - deyə S.Novruzov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan güclü iqtisadiyyata və orduya malikdir. Zərurət olduqda Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır. Əminəm ki, Azərbaycan KİV-i çox tezliklə dünya ictimaiyyətini qələbəmiz və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi haqqında məlumatlandıracaq", - deyə deputat vurğulayıb.*
R.Babayev