Çərşənbə Xəzər dənizində 7 nəfər batıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhər sakinləri Tutu Əliyeva, Rafiq Bayramov, Orxan Əliyev, Şabranrayon sakini Cəmilə Əyyubova Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, Vəli Abbasov və Rəvan Hüseynov Mərdəkan qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Rəsul Musayev Görədil dəniz çimərliyində çimərkən boğulublar.
Sabirabad rayonunun Muradbəyli kənd sakini Almaz Abuşova Kür çayının kəndin ərazisindən keçən hissəsində paltar yuyarkən ayağı sürüşüb, çaya yıxılaraq bögulub. **
R.Babayev