“PAŞA Həyat Sığorta” İdarə Heyətinin tərkibini 5 nəfərdək genişləndirib.
Şirkətin saytında verilən məlumata görə, Lalə Cəfərova və Rüstəm Məmmədov “PAŞA Həyat Sığorta”nın İdarə Heyətinin üzvü olublar.
Nəticədə, İdarə Heyətinin tərkibi 3 nəfərdən 5 nəfərədək artıb.
“PAŞA Həyat Sığorta” şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkət sığorta haqlarının yığım həcminə görə aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir. Nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir.**
A.Əzizov