İyulun 21-də Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin və azərbaycanlı həmkarı Xələf Xələfov arasında telefon danışığı baş tutub.
"Bakıda Rusiya-Azərbaycan-İran formatında yüksək səviyyədə keçiriləcək görüşə hazırlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərin bəzi aspektləri müzakirə olunub", - deyə RF XİN-in saytında yerləşdirilmiş məlumatda bildirilir.*