Bakı Ankaranın ən yaxın müttəfiqidir. Bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun bəyan edib.
“Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə heç bir ziddiyyət yoxdur. Ən yaxın müttəfiqimiz olan Azərbaycanda bu cür hadisələrə yol verməmək məqsədilə təcrübəmizlə bölüşməyə hazırıq”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, Türkiyə mütəmadi olaraq Azərbaycanla müvafiq məlumatla bölüşür.
“Əmin olun ki, əgər Fətullah Gülənlə əlaqədar qüvvələr Bakı üçün təhlükə törədərlərsə, Türkiyə Azərbaycanın yanında olacaq”, - deyə A.Coşqun qeyd edib. **
R.Babayev