Moskva ümid edir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qoşulacağı halda bu prosesə müsbət töhfə verəcək. Bu barədə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bəyan edib.
“Türkiyənin Dağlıq Qarabağ, istənilən digər nizamlanma və ya danışıqlar prosesinə qoşulmasına gəlincə, istənilən köməyi konstruktiv əlaqə kimi dəyərləndirmək olar”, - deyə M.Zaxarova cümə axşamı brifinqdə bildirib.
“Əgər dövlət və ya rəsmisi müsbət qarşılanacaq nə isə əlavə edə bilərsə, düşünürəm ki, burada heç bir problem ola bilməz”, - deyə o vurğulayıb. **