Azərbaycanda genetik modifikasiya olunmuş taxıl məhsullarının istehsalı və idxalı qanunvericiliklə qadağan olunub. Cümə günü rəsmi mətbuatda prezident İlham Əliyevin “Taxıl haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncamı dərc olunub.
Qanunun 11.5-ci maddəsinə əsasən, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.
Bundan başqa, 6.8-ci maddəyə edilən dəyişikliyə əsasən, taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. **
R.Babayev