Əmanətlərin qorunması sistemində Azərbaycanda əhalinin əmanətləri üzrə maksimum dərəcəyə təkrar baxıla bilər. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının(MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan edib.
“Palata, Mərkəzi Bank və bank sektoru bu məsələni müzakirə edəcək. Əhalinin bank əmanətləri üzrə dərəcələrin dinamikasında asılı olaraq, qorunan hesab edilən əmanətlərin maksimum dərəcəsinə təkrar baxıla bilər”, - deyə R.Aslanlı cümə günü mətbuat konfransında bildirib.
1 mart 2016-cı ildən etibarən Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, qorunan əmanətçinin qorunan əmanətinin məbləğinə məhdudiyyətlər aradan qaldırılır. Hazırda sığorta sistemi əhalinin 30 min manatadək və dərəcəsi illik 12%-dən artıq olmayan əmanətlərinə şamil edilir.
Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” qanuna müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. **
N.Abbasova