22 iyul tarixindən lisenziyaları ləğv olunan “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”da əhalinin qorunan əmanətlərinin həcmi 126,956 mln. manat məbləğində qiymətləndirilir.Bu barədə Əmanətlərin Sığortalanması Fondunun(ADIF)icraçı direktoru Azad Cavadov cümə günü mətbuat konfransında bəyan edib.
“Sözügedən banklarda əhalinin əmanətlərinin ümumi həcmi 187 mln. manat təşkil edir, bunun 147 mln. manatı qorunan əmanətlərdir. Ümumilikdə, həmin 4 bank üzrə əhalinin 126 mln. 956 min manat məbləğində əmanətləri ödəniləcək”, - deyə A.Cavadov vurğulayıb.
Onun sözlərinə görə, hazırda kompensasiynın ödənilməsi üçün Fond 26 mln. manat məbləğində vəsaitə malikdir. “Daha 100 mln. manat kredit qismində cəlb olunacaq. Bu məsələ ilə bağlı Mərkəzi Banka müraciət etmişik”, - deyə o əlavə edib.
A.Cavadov qeyd edib ki, bu 4 bankda əhalinin əmanətlərinin 80%-ni əsasən xarici valyutada əmanətlər təşkil edib. **
N.Abbasova