Rusiya XİN başçısı Sergey Lavrov Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması üçün heç bir əngəl görmür.
“Rusiyanın artıq daxil olmadığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Səbəb ondan ibarətdir ki, əhalinin əksəriyyəti türklər olmalıdır. Lakin mən həmin təşkilata qoşulmağımızla bağlı problem görmürəm”, - deyə S.Lavrov “Mənalar ərazisi” Ümumrusiya gənclər təhsil forumunda bildirib.
O əlavə edib ki, Rusiya İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçidir. **