SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Günəşli” yatağının dayazsulu hissəsində quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
352 nömrəli quyu 13 nömrəli dərin dəniz özülündə qazılıb.
Quyu sutkalıq 50 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova