Nazirlər Kabineti dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin siyahısını genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Hökumətin qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişikliklər edilib.
Elektron xidmətlərin siyahısına investisiya təşviqi sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi üçün müraciətin və sənədlərin qəbulu daxildir.*
N.Abbasova