Hazırda Türkiyə Avropa İttifaqı ilə yaxınlaşmağa dair danışıqları davam etdirəcək vəziyyətdə deyil. Avropa Komissiyasının sədri Jan-Klod Yunker belə hesab edir.
“Hesab edirəm ki, hazırki vəziyyətdə Türkiyə nə qısamüddətli perspektivdə, nə də uzaq gələcəkdə Aİ-yə qoşula bilməyəcək”, - deyə o bazar ertəsi “Frans 2” telekanalına müsahibəsində bildirib.
J-K.Yunkerin sözlərinə görə, “əgər Türkiyə sabah səhər edam cəzasını bərpa edərsə, o zaman biz dərhal danııqlar prosesini dayandıracağıq. Çünki qanunvericviliyində edam cəzası olan ölkə Aİ-yə daxil ola bilməz”. **