Konstitusiya Məhkəməsi bu gün keçirilən iclasda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı Referendum Aktı layihəsini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidentitərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktılayihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Konstitusiyanın 100-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərəaidtələblər) yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur. Hazırda yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması nəzərdə tutulur (hazırda 5 ildir).
Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.*
F.İsazadə