Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 78 cinayət faktı qeydə alınıb, onların 29-u “isti izlər”lə açılıb.
Bundan başqa, cinayət törətdiklərinə görə 29 nəfər tutulub.
Axtarışda olan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib, narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.*
F.İsazadə