Türkiyədə dövlət çevrilişi cəhdi Rusiya ilə münasibtələrin bərpasına təsir etməyəcək. Bu barədə “İnterfaks”a Türkiyənin Rusiyadakı səfirliyindən məlumat verilib.
“Rusiya ilə Türkiyə arasında əlaqələr bundan zərər görməyəcək. Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin normallaşması prosesinə bu hadisələrdən öncə start verildi və planlaşdırılan şəkildə davam edir”, - deyə səfirlikdən Türkiyədə dövlət çevrilişi cəhdinin Ankara ilə Moskva arasında münasibətlərin bərpasına təsirinə dair sualı şərh edərkən bildiriblər.
Türkiyəyə çarter uçuşların bərpası tarixini şərh edərkən, agentliyin həmsöhbəti eyd edib ki, “bu məsələyə dair işlər davam etdirilir”.
O həmçinin xatırladıb ki, iki ölkənin prezidentinin görüşü nəzərdə tutulur. **