Azərbaycan Mərkəzi Bankı (AMB) beşinci depozit hərracında 50 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank bu hərracda 50 mln. manat cəlb edib. Vəsaitlər 28 gün müddətinə cəlb edilib və orta ölçülmüş faiz dərəcəsi 6,99% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-iyul aylarında keçirilmiş 5 hərracda bank 1 ay müddətinə 311 mln. manat cəlb edib.*
A.Əzizov