2016-cı ilin birinci yarısında Azərbaycanda içki istehsalı 2015-ci ilin analoji dövrü ilə müqayisədə 8,2% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, 2016-cı ilin birinci yarısında respublikada pivə istehsalı 21,8% - 1,57 mln. dekalitrədək azalıb.
Hesabat dövründə 329,7 min dekalitr araq (azalma 12,9%), 426,7 min dekalitr şərab (azalma 20,7%), 56,7 min dekalit likör (artım 78,9%), 0,4 min dekalitr şampan şərabı (azalma 63,6%) istehsal olunub.
2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanda alkoqolsuz içki istehsalı 2015-ci ilin analoji dövrü ilə müqayisədə 31,4% - 7 mln. 463,2 min dekalitrədək azalıb, mineral suyunun istehsalı 79,4% - 7 mln. 219,9 min dekalitlrədək artıb.
2016-cı ilin birinci yarısında ölkədə 1 min 54,8 ton fermentlənmiş tütün (artım 65,3%) və 1 mlrd. 35,6 mln. papiros və siqaret (artım 13,2%) istehsal olunub. **
N.Abbasova