“Taxtakörpü” su elektrik stansiyası 2016-cı ilin I yarısında 18,9 mln. kVt/saat elektrik enerjisi hasil edib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 23,5% çoxdur. Bu barədə “Azərenerji” SC-nin məlumatında deyilir.
İyunda stansiyada 6,5 mln. kVt/saat elektrik enerjisi istehsal olunub.
2015-ci ildə “Taxtakörpü” SES-də istehsal olunan elektrik enerjisinin həcmi 32,5 mln. kVt/saat təşkil edib.
Gücü 25 MVt təşkil edən “Taxtakörpü” SES 2013-cü ilin sentyabr ayında Dəvəçi rayonunda istismara verilib. Stansiya “Taxtakörpü” su anbarının yuxarı hissəsində yerləşir və 3 aqreqatdan ibarətdir.
N.Abbasova