İyulun 25-dən Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb. Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidməti xəbər verib.
“Reyslər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək. Avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-dır”, - deyə məlumatda bildirilir.
Gediş biletinin qiyməti 35 manat təşkil edir, 5 yaşadək uşaqlar üçün bilet pulsuzdur, 5-10 yaşlı uşaqlar üçün biletləri 50% endirimlə almaq mümkündür, 10 yaşdan yuxarı uşaqlar üçün tam tarif tətbiq olunur.*
N.Abbasova