Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa İttifaqının rəhbərliyini miqrantlara dair öhdəliklərin icra olunmamasında ittiiham edib.
“Avropa hökumətləri özlərini qeyri-səmini aparır”, - deyə o Almaniyanın ARD ictimai telekanalına müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Aİ Türkiyəyə razılaşdırılan 3 mlrd. avro məbləğində vəsaiti ödəmir.
“Hazırda 3 mln. suriyalı və ya iraqlı Türkiyə ərazisindədir. Aİ onlara dair öhdəlikləri yerinə yetirmir”, - deyə R.Ərdoğan izah edib.
O qeyd edib ki, indiyədək Avropa Türkiyəyə cəmi $2 mln.-a yaxın vəsait ayırıb, baxmayaraq ki, miqrantların saxlanılması Türkiyə hökumətinə $12 mlrd.-a başa gəlir. **