Günəş enerjisi ilə işləyən “Solar İmpulse 2” təyyarəsi dünya turunu tamamlayaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi hava limanına eniş edib. Bu barədə çərşənbə axşamı Associated Press agentliyi məlumat verib.
Bundan öncə təyyarı Qahirədən 48 saatlıq uçuş həyata keçirib.
“Solar İmpulse 2” dünya turuna 2015-ci il martın 9-da məhz Abu Dabidən başlayıb. Təyyarə Əmman, Hindistan, Myanma, Çin, Yaponiya, ABŞ-a uçuşlar həyata keçirib. **