ABŞ Dövlət Departamenti Ankara və İstanbuldakı amerikalı diplomatların ailə üzvlərinə Türkiyəni tərk etməyi, o cümlədən ölkənin cənub-şərq regionlarına səfər etməməyi tövsiyyə edib.
“Dövlət Departamenti Türkiyədə uğursuz çevriliş cəhdi ilə əlaqədar bu ölkədə təhlükəsizliklə bağlı vəziyyəti izləməkdə davam edir və ABŞ vətəndaşlarına hələlik Türkiyəyə səfər planlarını təkrar gözdən keçirməyi məsləhət görür”, - deyə çərşənbə axşamı ABŞ xarici siyasət idarəsinin saytında dərc olunan məlumatda deyilir.
“Dövlət Departamenti amerikalı vətəndaşları Türkiyədə terror təşkilatları tərəfindən artan təhdidlər barədə məlumatlandırmağa davam edəcək”, - deyə məlumatda bildirilir.
Bu qərar Türkiyədə hərbi çevriliş cəhdi və 3 aylıq fövqəladə vəziyyət elan olunandan sonra qəbul edilib. **