Ötən gün Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 87 cinayət faktı qeydə alınıb, onların 25-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 39 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.*
F.İsazadə