Ankara və Bakı Ermənistanla sərhədin açılmasına dair qərarı birlikdə qəbul edəcəklər
Ankara Ermənistanla sərhədin açılmasına dair qərarı Bakı ilə birlikdə qəbul edəcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper CoşkunAzTV telekanalına müsahibəsində bəyan edib.
“Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir. Münasibətlərin normallaşmasının yolu Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Ondan sonra bunun hansı formada olacağına Azərbaycanla birlikdə qərar verərik”, - deyə səfir bildirib.
O vurğulayıb ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu yaxınlarda Bakıda Azərbaycan tərəfi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib. “Nazir bir daha vurğuladı ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün o qədər önəmlidir.Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində dərhal sülh yolu ilə həllində Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. Azərbaycan hansı həll yolunuməqbul hesab edirsə, həmin həll yol Türkiyə üçün də məqbuldur”, - deyə İ.A.Coşkunqeyd edib.*
F.İsazadə