Müdafiə Sənayesi Nazirliyinə aid zavodlardan birində baş vermiş güclü partlayış nəticəsində yaralanan 6 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Bu barədə yerli KİV məlumat yayıb.
Partlayış Şirvan şəhərində döyüş sursatı istehsalı üzrə ixtisaslaşmış “Araz” zavodunda baş verib.
Qeyd olunur ki, zavodun ərazisində mərmilər partlamaqda davam edir.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə təcili yardım maşınları gəlib.
Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, partlayışın baş vermə səbəbləri araşdırılır.
Hadisənin təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcək.*
F.İsazadə