Hazırda döyüş sursatı istehsalı üzrə ixtisaslaşmış zavodda partlayışın səbəbləri dəqiqləşdirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə vəziyyətlə tanış olan mənbə bildirib.
“Partlayışın səbəbi müəyyən olunmayıb. Hazırda bu istiqamətdə iş aparılır. Utilləşdirmə anbarında partlayışın olması istisna edilmir. Lakin bu hələlik dəqiq məlumat deyil”, - deyə mənbə qeyd edib. **
A.Əzizov