Amsterdam və Bakı ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə XİN başçısı Elmar Məmmədyarovun diplomatik fəaliyyəti başa çatan Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsenlə görüşündə bəyan edilib.
Görüşdə son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.
Həmçinin iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.
Nazir E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Jan Qabrielsenə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.*
F.İsazadə