Döyüş sursatı istehsalı üzrə ixtisaslaşmış “Araz” zavodunda partlayışın aradan qaldırılması istiqamətində Azərbaycanın müvafiq dövlət strukturları kompleks tədbirlər həyata keçirirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Zavodda partlayış barədə məlumat daxil olan kimi dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunmuş, zəruri tədbirlərin görülməsinə başlanılıb. Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir”, - deyə nazirlik qeyd edir. **
A.Əzizov