Çərşənbə axşamı Şirvanda partlayışın baş verdiyi “Araz”döyüş sursatı istehsalı üzrə zavodda fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya üçün 146 ton məmulatda yaranan qığılcımlardır. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat verib.
“Fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1,5 min ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır”, - deyə məlumatda deyilir. **
F.İsazadə