Şirvan şəhərində “Araz” zavodunda baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“Araz” zavodunda baş vermiş partlayış nəticəsində 2 əməkdaş - Ağamir Məmmədov və İlhamə Nuriyeva həlak olub”, - deyə nazirlikdən qeyd ediblər.
Çərşənbə axşamı saat 15:35-də Şirvan şəhərində “Araz” zavodunda partlayış baş verib. Prezident İlham Əliyev baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Partlyaış zamanı 24 nəfər xəsarət alıb. Onlardan 14 nəfər ambulator müalicədən sonra evə buraxılıb.
Hazırda 10 nəfər xəstəxanadadır. Onlardan 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. **
A.Əzizov