Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 27-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 26-na olan 1,5755 manat/$1 səviyyəsinə qarşı 1,5787 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2031% ucuzlaşıb.
AMB iyulun 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 26-da qeydə alınmış 1,7338 manat/1EUR səviyyəsinə qarşı 1,7266 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1615% ucuzlaşıb.
İyulun 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 26-na olan 0,0241 manat/1RUR səviyyəsinə qarşı 0,0239 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,8299% möhkəmlənib.
Mərkəzi Bank iyulun 27-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini iyulun 26-na olan 0,5202 manat/1YTL-ə qarşı 0,5192 manat/1YTL səviyyəsində müəyyən edib. Bununla da manat lirəyə qarşı 0,1922% möhkəmlənib.**
A.Əzizov