“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarları iyulun 26-da keçirilən ümumi yığıncaqda bankın 2015-ci il üçün maliyyə hesabatını təsdiq ediblər. Bu barədə bankın məlumatında deyilir.
"İyulun 26-da ABB-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda bankın ötən il üçün maliyyə hesabatı təsdiq edilib", - deyə məlumatda qeyd olunur.
Bankın auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, ABB ötən il aktivlərini 48,4% - 13 mlrd. 657,275 mln. manatadək artırıb.
Hesabat ilində bankın kredit portfeli 28,2% - 5 mlrd. 635,583 mln. manatadək azalıb.
Dekabrın 31-nə bankın öhdəlikləri 12 mlrd. 943,235 mln. manata bərabərdir (artım 52%).
Hesabat dövrünün sonuna müştəri hesablarında qalıq vəsaitlərin həcmi 7 mlrd. 94,114 mln. manat (artım 71,1%) təşkil edir.
1 yanvar tarixinə bankın kapitalı 714 mln. manata (artım 4%), səhmdar kapitalı 641,287 mln. manata (artım 8,6%) bərabərdir.
2015-ci ildə fəaiyyətinin yekunları üzrə ABB-nin zərəri 2014-cü ildə əldə edilmiş 14,363 mln. manat mənfəətə qarşı 823,61 mln. manat təşkil edib.
Maliyyə hesabatına əsasən, bankın əsas səhmdarı olan Maliyyə Nazirliyi 31 dekabr 2015-ci il tarixinədək ABB-nin səhmdar kapitalında payını 2014-cü ildəki 60,06%-ə qarşı 82,23%-dək artırıb.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır.*
A.Əzizov