SOCAR-ın əməkdaşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. Bu barədə şirkətin məlumatında deyilir.
"İyulun 26-da saat 18-00 radələrində “Palçıq pilpiləsi” yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub. Onun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb”, - deyə məlumatda bildirilir.
Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.*
A.Əzizov