Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanılan RF vətəndaşı Marat Ueldanovla bağlı bəyanatla çıxış edib.
“İyunun 23-də səfirliyə Azərbaycan XİN-dən nota daxil olub. Notada deyilir ki, iyunun 9-da Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılması) ilə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib”, - deyə səfirliyin saytında məlumat verilir.
Bəyanatda qeyd olunur ki, bir neçə gün sonra saxlanılanın bacısı olduğunu deyən M.V.Mirzoyan səfirliyə müraciət edib və bilidirib ki, əsl soyadı Qalustyan olan qardaşı casusluq şübhəsi ilə saxlanılıb.
Səfirlik müvafiq izahatlar almaq və saxlanılanla görüşmək üçün Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib.
“İyulun 5-də Azərbaycan XİN-ə rəsmi nota göndərilib. Səfirlik müvafiq izahatlar almaq və saxlanılanla görüşmək üçün Azərbaycan tərəfi ilə işi davam etdirir”, - deyə bəyanatda deyilir. **
F.İsazadə