Azərbaycanda Vergi Məcəlləsinə şərhlərin dərci üzrə hazırlıq işlərinin 90%-i başa çatıb. Bu barədə vergilər naziri Fazil Məmmədov bəyan edib.
“Vergi Məcəlləsinə şərhlərin hazırlanması və dərc olunması çox ciddi məsələdir. Xüsusi Komissiya uzun müddətdir bu məsələ ilə məşğuldur. İşlərin təxminən 90%-i başa çatıb”, - deyə F.Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşündə bildirib.
Görüşdə AmCham üzvləri qeyd ediblər ki, nazirliyin Vergi Məcəlləsinə şərhlərinin rəsmi nəşri idarəyə vergi ödəyicilərinin eyni suallarını cavablandırmaqda resurslara qənaət etməyə imkan verəcək və onlar tərəfindən Məcəllənin ayrı-ayrı maddələri, daxil edilən dəyişiklikləri analamağı asanlaşdıracaq. **
A.Əzizov