Müdafiə sənayesi naziriYavər Camalov Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş hadisə nəticəsində həlak olan və xəsarət alan şəxslərin ailələrinin bütün xərclərinin ödənilməsi barədə tapşırıq verib.
Y.Camalovun tapşırığına əsasən hadisə nəticəsində zərərçəkənlərə və həlak olanların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödəniləcək”, - deyə nazirliyin məlumatında qeyd olunur.*
Bildirilir ki,Y.Camalov “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət edib, həmçinin dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.
Qeyd edək ki, iyulun 26-da saat 15:35-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Prezident İlham Əliyev hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Partlayış nəticəsində 2 nəfər ölüb,24 nəfərmüxtəlif dərəcəli bədən xəsarətləri alıb. 16 nəfər ambulator müalicədən sonra evə buraxılıb.*
F.İsazadə