Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti beynəlxalq daşımalar üzrə icazələr blanklarının hazırlanması üçün podratçı seçiminə dair tender elan edib.
Elana əsasən, podtratçının vəzifələrinə həmçinin Azərbaycanda avtomobil nəqliyyatı daşıyıcıları və sadələşdirilmiş vergi ödəyiciləri üçün “kvota”, “fərqlənmə nişanı” və “xüsusi fərqlınmə nişan”larının üzrə daşımalara icazələrin hazırlanması daxil olacaq.
Şərtlərə görə, tender tapşırığı müqavilə imzalanandan 60 gün ərzində icra olunmalıdır.
Tenderdə iştiraka görə dövlət rüsumu 50 manatdır.
Tender üzrə təkliflər sentyabrın 8-dək qəbul olunacaq. Tender proseduru sentyabrın 9-da keçiriləcək. **
A.Əzizov