2016-cı ilin I yarısında «Azərbaycan» İES-də 2 mlrd. 768 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu barədə “Azərenerji” ASC-nin məlumatında deyilir.
Ötən ilin I yarısında stansiyada 3 mlrd. 591,8 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, cari ilin yanvar-iyun aylarında istehsalın həcmi 23% azalıb.
"I yarımillikdə stansiyada 2 mlrd. 768 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. İyunda istehsalın həcmi 389 mln. kVt/saat təşkil edib", - deyə məlumatda qeyd olunur.
2016-cı ilin II rübündə «Azərbaycan» İES-in dördüncü enerji blokunda əsaslı təmir işlərinə başlanılıb.
2015-ci ildə stansiya 7 mlrd. 402,8 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
“Azərbaycan” İES hər birinin gücü 300 MVt olan 8 blokdan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin böyük hissəsi bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.*
A.Əzizov