2016-cı ilin yanvar-iyul aylarında Azərbaycandan İran və İraqa 13 min 464,8 ton arpa ixrac olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev bildirib.
“Bu il Azərbaycan arpa məhsulunun ixracını reallaşdırıb. Birinci rübdə İran və İraqa 9min 137,5 ton arpa ixracolunub. İyul ayındaixrac olunan arpa məhsulunun həcmi 4min 327,3 ton təşkil edib”, - deyə məlumatda C.Quliyevin sözlərindən sitat gətirilir.
İxrac edilən arpanın 3min 115,6 tonu yemlik, 10 min 349,2 tonu ərzaq arpa məhsuludur.
Bununla yanaşı, o əlavə edib ki, ixrac olunan bütün məhsul sertifikatlaşdırılıb.
C.Quliyevin sözlərinə görə, hazırda yeni sifarişlər qəbul olunub və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır. **
A.Əzizov