Prezident İlham Əliyev Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2,2 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bu məbləğ Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən ayrılacaq.
Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir.*
F.İsazadə