Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 27-nə olan 1,5787 manat/$1 səviyyəsinə qarşı 1,5819 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2027% ucuzlaşıb.
AMB iyulun 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 27-də qeydə alınmış 1,7366 manat/1EUR səviyyəsinə qarşı 1,7512 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,8407% ucuzlaşıb.
İyulun 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 27-nə olan 0,0239 manat/1RUR səviyyəsinə qarşı 0,024 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4184% ucuzlaşıb.
Mərkəzi Bank iyulun 28-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini iyulun 27-nə olan 0,5192 manat/1YTL-ə qarşı 0,5243 manat/1YTL səviyyəsində müəyyən edib. Bununla da manat lirəyə qarşı 0,9823% ucuzlaşıb.*
A.Əzizov