2016-cı ilin I yarısında Vergilər Nazirliyinə daxil olan şikayətlərin sayı, vergi orqanlarına vətəndaşların müraciətlərinin ümumi sayından 2,9% təşkil edir. Bu barədə nazirliyin saytında məlumat verilir.
“2016-cı ilin yanvar-iyun aylarında nazirliyə 48,653 min müraciət daxil olub. Müraciətlərin ümumi sayından 96,9%-i ərizə, 2,9%-i şikayət, 0,2%-i təklifdir”, - deyə nazilrikdən qeyd ediblər.
Bununla yanaşı, birinci yarımillikdə vergin orqanlarına daxil olan şikayətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 21,1% azalıb.
Nazirliyin məlumatına görə, müraciətlərin 75%-i müsbət həll olunub. **
A.Əzizov