Ötən gün Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 73 cinayət faktı qeydə alınıb, onların 53-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.*
A.Əzizov